• $
  • €
  • ₽
  • ₺
  • £

"Evimi söküb pulunu vermirlər" – İcra başçısına ittiham

"Evimi söküb pulunu vermirlər" – İcra başçısına ittiham
27.02.2020 10:05
Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən evlərin pilot layihə çərçivəsində sökülməsi bəzi narazılıqlar yaratmaqdadır.

"Yeni Sabah" xəbər verir ki, belə bir narazılıqlardan biridə hazırda Nərimanov rayonu "Montin" qəsəsbəsində həyət evlərinin söküntüsü zamanı baş verməkdədir.

Məlumata görə pilot layihə çərçivəsində ərazidəki həyət evlərinin söküntüsü zamanı Nərimanov icra başçısı Abdin Fərzəliyev prezident İlham Əliyevin göstərişinə əməl etməyərək qanunsuzluğa və zorakı üsullara əl atmaqdadır.

Ərazidə rəsmi qeydiyyatda olan və yaşayan Rzayev Zal Nəbi oğlu AzFakt.com-a şikayət edərək bildirir ki, onun həyətdində iki ev mövcuddur və əlində dövlət qurumunun rəsmi kupçası olmasına baxmayaraq Nərimanov icra başçısı Abdin Fərzəliyev evlərdən birini görməzdən gəlir:

"İcra başçısına bir neçə dəfə məsələ ilə bağlı şikayət etsəm də heç bir nəticəsi olmayıb. Ərazidə birinci müavin Şahmar İbadovun maklerləri kimi tanınan bəzi şəxslər isə bir neçə dəfə mənə deyiblər ki, məsələnin ən yaxşı çözümü icra hakimiyyəti ilə anlaşmaqdır". Yəni Nərimanov icra hakimiyyəti ilə onlar istədiyi kimi anlaşa bilməsəm, dövlətdən sökülən evimin pulunu belə almaya bilərəm".

Vətəndaş qeyd edir ki, həyətində yerləşən və hazırda mövcud olan iki evdən birini Abdin Fərzəliyev və ərazini sökən "RR Contructions" MMC şirkəti görməzdən gəlir.

Ölkə prezidenti İlham Əliyev göstəriş verib ki, sökülən ev sahiblərinin ilk öncə mənzillə təmin edilməsi həyata keçirilməlidir. Amma Abdin Fərzəliyev, "dəstəsi" və söküntü ilə məşğul olan "RR Contructions" MMC şirkəti bu göstərişə əməl etmir.

Şikayətçi bildirir ki, hər gün Nərimanov icra hakimiyyətinin işçiləri və Abdin Fərəzliyevin müavini Şahmar İbadovun maklerləri qapımıza gələrək bizə müxtəlif hədə-qorxular gəlirlər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol