Gürcüstan Azərbaycana gediş-gəlişi məhdudlaşdırdı - RƏSMİ

Gürcüstan Azərbaycana quru yolla gediş-gəlişə müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Aews.az xəbər verir ki, bu barədə "Report”a Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, məhdudiyyətin iki həftə ərzində qüvvədə olacağı nəzərdə tutulub.
Səfirlikdən həm də bildirilib ki, hazırda Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilən şəxslər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə hələ məlumat alınmayıb.
Xatırladaq ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb. Təhlükəli virus Azərbaycan vasitəsilə İrandan vətənə qayıdan 50 yaşlı Gürcüstan vətəndaşında təsdiq olunub. Onun vəziyyəti hazırda sabit qiymətləndirilir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib