Metropoliten istifadəçilərinə şad xəbər

2020-2022-ci illər ərzində "Bakı Metropoliteni" üçün yeni vaqonların istehsalı barədə ötən il Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyəti ilə müqavilə imzalanıb.
Anews.az Axar.az-a istinadən xəbər verir ki, 81-765.B/766.B modelli vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə mənsubdur və sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanacaq.
Müqaviləyə görə il ərzində şirkət "Bakı Metropoliteni" üçün ümumilikdə 20 vaqondan ibarət 4 qatar tərkibi istehsal edəcək. Beləliklə, üç il ərzində "Bakı Metropoliteni" vaqon istehsalçılarından 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibi alacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























