• $
  • €
  • ₽
  • ₺
  • £

Korrupsiyaya qarşı mübarizədə yeni mərhələ başlayır – Prezidentdən qərar

Korrupsiyaya qarşı mübarizədə yeni mərhələ başlayır – Prezidentdən qərar
28.05.2020 18:22
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planını təsdiq edib.

"Yeni Sabah" bildirir ki, planda korrupsiya ilə mübarizə önəmli yerlərdən birini tutur.

Fəaliyyət planında ölkədə korrupsiyanın qarşısının alınması üçün konkret hədəflər müəyyənləşib və müfaviq dövlət qurumlarının qarşısına vəzifələr qoyulub.

Bu sahədə ilk vəzifə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, korrupsiya risklərinin müəyyən edilməsinə, təhlilinə və qarşısının alınmasına dair metodologiyanın hazırlanmasıdır. Bu vəzifə Baş Prokurorluq və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya həvaalə edilib.

Növbəti hədəf dövlət qurumları tərəfindən korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması ilə bağlı illik tədbirlər planlarının hazırlanması, həmin tədbirlər planlarının icrası barədə hesabatın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsidir. Bu isə mərkəzi icra hakimiyyəti orqanları və dövlət adından yaradılmış publik hüquqi şəxslər, həmçinin Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən həyata keçiriləcək.

Planda daha bir müddəa korrupsiyanın ümumilikdə və sahələr üzrə səbəbləri, xüsusiyyətləri, səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının həyata keçirilməsi üçün bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına dəstək verilməsidir. Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına həvalə olunub.

Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi Nazirlər Kabineti, Ədliyyə Nazirliyinə, dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı elektron-təlim kursunun təşkili Dövlət İmtahan Mərkəzinə, korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlər keçirilməsi üçün bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına dəstək verilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılmış publik hüquqi şəxslərə tapşırılıb.

Planda ən mühüm məsələlərdən biri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılma işinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzdində fəaliyyət göstərən "161 - qaynar xətt" əlaqə mərkəzinin texniki və insan resursu imkanlarının genişləndirilməsi, vahid elektron müraciət portalının (161.az) yaradılmasıdır ki, bu da Baş Prokurorluğaa həvalə edilib.

Vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və müraciətlərə baxılma işinin operativliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (ombudsmana) müraciətlər üçün vahid qaynar xəttin yaradılması Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman), Dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabatların hazırlanması və bu barədə məlumatların açıqlanması Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılmış publik hüquqi şəxslərə tapşırılıb.

Açıq hökumət və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi isə Baş Prokurorluq və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya həvalə olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol