• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusa görə məktəblərdə davamiyyət aşağı düşüb – Nazirlikdən REAKSİYA

Koronavirusa görə məktəblərdə davamiyyət aşağı düşüb – Nazirlikdən REAKSİYA
28.05.2020 18:22
Koronavirus səbəbindən Azərbaycanın orta məktəblərində davamiyyətin aşağı düşdüyü söylənilir.

Hətta Astara, Biləsuvar, Lerik, Cəlilabad və Yardımlı məktəblərinin təhsil şöbələrindən əldə etdiyimiz məlumata görə, cənub bölgəsində yerləşən orta məktəblərdə davamiyyət koronavirus səbəbindən aşağı düşüb. Şagirdlər məktəbə getmir.
 
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov Modern.az-a  açıqlamasında dərsə getməyən şagirdlərlə bağlı məsələyə münasibət bildirib:
"Daha yaxşı olar ki, valideynlər hər hansı narahatlıq hiss etsələr, uşaqları ev şəraitində və ambulator müayinə altında saxlasınlar. Hesab edirik ki, bu, məqsədəuyğundur”.
 
Təhsil Nazirliyi də koronavirus təhlükəsinə reaksiya verib. Nazirlik mövcud qanunvericilik aktları ilə məsələnin tənzimlənəcəyi vurğulanıb.

"Bildiyiniz kimi Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Nazirlər Kabinetinin 24.02.2020-ci il tarixli 66 nömrəli Qərarına görə, fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı əsasında həyata keçirilir".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol