• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkarlıqda innovasiyalar üzrə 40 komanda yarışacaq

Sahibkarlıqda innovasiyalar üzrə  40 komanda yarışacaq
29.05.2020 06:46
Azərbaycan Beynəlxalq Bankının sahibkarlıq sahəsində innovativ ideyaların üzə çıxarılması, eləcə də ölkəmizdə informasiya texnologiyaları ekosisteminin inkişafına dəstək  məqsədilə təşkil etdiyi 1-ci IBA Regional Hakatonuna sabah start verilir. Sahibkar və proqramçıların, eləcə də digər peşəkarların qatıldığı bu tədbirdə ümumən 40 komanda yarışacaq. İştirakçıların böyük qismi yerli mütəxəssislərdir. Eyni zamanda, Hakatona dünyanın 12 ölkəsindən də nümayəndələr qatılıb.

Bu, Azərbaycanda sahibkarlıq həlləri üzrə və FinTech sferasında təşkil edilən ən genişmiqyaslı ideya marafonudur. Ölkəmizdə kiçik və orta sahibkarlıq fəaliyyətinin inkişafı üçün son illər davamlı layihələr həyata keçirən Azərbaycan Beynəlxalq Bankı Hakatonda sahibkarlar üçün faydalı olan innovativ ideya və həllərə üstünlük verəcək. Sahibkarlıq sahəsində süni intellektdən istifadə, data-analitika modellərinin tətbiqi, elektron  satış platformalarının yaradılması, ödənişlər, müştəri məmnuniyyəti və loyallığı üzrə innovativ təşəbbüslər xüsusi dəstəklənəcək. Təklif edilən həllər kiçik və orta sahibkarların marketinq, satış, ödəniş, logistika imkanlarının genişləndirilməsinə, biznes kreditlərinin, eləcə də digər bank məhsul və xidmətlərinin onlar üçün əlçatanlığının təmin olunmasına, müxtəlif dövlət xidmətlərindən istifadənin sahibkarlar üçün daha da asanlaşmasına yönəlməlidir.  

Komandalara kömək üçün müxtəlif ölkələrdən 25 peşəkar mentor dəvət edilib. Mentorlar da, IBA Regional Hakatonuna metodoloji dəstək verən təşkilati komanda da Intel, Raiffeisen Bank International, Facebook, Amazon, Vodafon kimi şirkətlər üçün də bu cür tədbirlərin keçirilməsi prosesində yaxından iştirak edib. 

Hakaton iştirakçılarına öz layihələrinin prototipini hazırlamaqdan ötrü 36 saat vaxt veriləcək. Martın 1-də ən yaxşı layihələr mükafatlandırılacaq. 1-ci yerin  qalibi üçün 10000, 2-ci yerin qalibi üçün 5000, 3-cü yerin qalibi üçün 3000 manat məbləğində mükafat nəzərdə tutulub. Azərbaycan Beynəlxalq Bankının və bankın törəmə müəssisələri olan "Azerikard” prosessinq mərkəzinin və "Bank ABB-Moskva”nın əməkdaşları "IBA Regional Hackathon”unda iştirak etmir.
IBA Regional Hakatonu Bakı Ekspo Mərkəzində keçiriləcək. Ətraflı məlumat üçün: https://www.ibahackathon.com

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol