• $
  • €
  • ₽
  • ₺
  • £

QMİ-dən dindarlara müraciət - Hərə öz möhürünü evindən gətirsin

QMİ-dən dindarlara müraciət - Hərə öz möhürünü evindən gətirsin
28.02.2020 17:14
"Qafqaz Müsəlmanları İdarəsi koronavirusla bağlı məscidlərə, məscid rəhbərlərinə və imamlara xüsusi tapşırıqlar verib”.

Anews.az xəbər verir ki, bu barədə REAL TV-yə QMİ-nin sədr müavini Fuad Nurullayev məlumat verib. O bildirib ki, insanlar kütləvi şəkildə gəlib Cümə namazlarında iştirak edir:

"Bacardıqları qədər təmasda olmamağa çalışsınlar. Bəzən adi bir haldan böyük ajiotaj yarana bilir. Biz gigiyenik tədbirlərə xüsusi şəkildə riayət edilməsini istəyirik. Müəyyən insanlar var ki, səcdə zamanı möhürə baş vurur. Əgər imkanları varsa, hərə öz möhürünü evindən gətirsin. Bununla da hansısa şübhələrin yayılmasının qarşısını alsınlar”.

F. Nurullayev həmçinin təxirə salınan Ümrə ziyarətindən də danışıb. Onun sözlərinə görə, idarənin nümayəndəsi Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiriylə görüşüb: "Səudiyyə Ərəbistanının koronavirusla bağlı Ümrə ziyarətinə gedişin müvəqqəti dayandırılması məsələsi müzakirə edilib. Bu müvəqqəti xarakter daşıyır. Mütəxəssislər deyir ki, havalar istiləşəndə virusun yayılması minumum səviyyədə olur. Səudiyyə Ərəbistanında istilər tez başlayır. Yəqin ki, havalar istiləşəndən sonra ziyarət yenidən bərpa ediləcək. Məsələ Azərbaycan dövlətinin ciddi nəzarəti altındadır. Ölkənin müxtəlif ərazilərində qabaqlayıcı dezinfeksiya işləri görülür”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol