• $
  • €
  • ₽
  • ₺
  • £

Növbəti sərəncam gecikəcək - Novruzda ƏFV OLMAYACAQ

Növbəti sərəncam gecikəcək - Novruzda ƏFV OLMAYACAQ
01.03.2020 10:36
Bu ilin yanvarında Əfv Məsələləri Komissiyasının üzvləri Novruz bayramı ərəfəsində əfv sərəncamının veriləcəyinin gözlənildiyini bildirsələr də, 2020-ci il daxil olandan iclas keçirilməyib. Komissiya üzvlərinin deyildiyi kimi nöbdənəkənar parlament seçkilərindən dərhal sonra toplaşmaması isə əfvə olan ümidləri bir az azaldıb.

Komissiyadan Anews.az-a daxil olan məlumata görə, fevralın 9-da ölkədə keçirilən növbədənkənar parlament seçkiləri sərəncamın yubanmasına səbəb olub.

Həmçinin buna qədər həm də Əfv Məsələləri Komissiyasının sədrilə bağlı Prezident tərəfindən sərəncamın veriləcəyi, üzvlərin yeni siyahısının təsdiqlənəcəyi qeyd edilib.

Bir qayda olaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Əfv Məsələri Komissiyasının sədri təyin olunur. Xatırladaq ki, Prezident İlham Əliyevin 1 noyabr 2019-cu il sərəncamı ilə Samir Nuriyev Prezident Administrasiyanın rəhbəri təyin edilib.

Bütün bunlardan sonra isə əfv sərəncamının may ayınadək ertələnəcəyi bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il martın 16-da imzaladığı 431 nəfərə şamil olunan "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan, eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad olunub.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol