Bakıda koronavirusa görə xəstəxanaya aparılan turistlər İrana göndərildi

"Holiday Inn Baku” hotelinin rəhbərliyi bu hotelin iranlı müştərilərinin koronavirusla bağlı xəstəxanaya yerləşdirilməsi xəbərinə rəsmi münasibət bildirib
Hoteldən Report-a bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən hoteldə qonaqlayan iki xarici vətəndaş yoxlamaya alınıb və koronavirusla bağlı simptomların heç biri onlarda aşkarlanmayıb:
"Həmin vətəndaşlar sərhəddən keçərkən yoxlanılıblar və 1 saylı Kliniki Tibbi Mərkəzdə təkrar yoxlanma (inkubasiya dövrü) məqsədilə qeydiyyata alınıblar. Yoxlama nəticəsində onlarda virus aşkarlanmayıb və artıq öz ölkələrinə geri dönüblər”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























