Türkiyədə vəfat edən azərbaycanlı prokurorun ölümü ilə bağlı şok iddia - VİDEO

Azərbaycandan olan prokuror 29 yaşlı Emin Hüseynovun Türkiyənin Antalya şəhərində tətildə olarkən idman zalında ölməsi ilə bağlı yeni şok iddialar ortaya çıxıb.
Bu barədə "Hürriyet” xəbər yayıb.
E.Hüseynov xanımı E.H. ilə birlikdə 2017-ci ilin avqust ayında Antalyaya tətilə gedib. Lara turizm bölgəsində beşulduzlu oteldə qalan E.Hüseynovun avqustun 18-də günorta saatlarında otelin idman zalında halı pisləşib. O, dərhal özəl xəstəxanaya aparılıb, oradan isə Akdeniz Universitet Xəstəxanasına köçürülüb. Həkimlərin səyinə baxmayaraq, Eminin həyatını xilas etmək mümkün olmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























