• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərdə dalğanın hündürlüyü altı metrə çatdı

Xəzərdə dalğanın hündürlüyü altı metrə çatdı
29.05.2020 07:35
Martın ikisi saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şərq rayonlarında intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, şimal-qərb küləyi arabir Maştağada 38, Bakıda 30, Neftçalada 28, Çilov adasında 27, Sumqayıt, Balakəndə 25, Pirallahı, Neft Daşlarında 26, Tərtərdə 23, Naftalan, Zabratda 22, Ələt, Ağstafa, Tovuzda 20, Altıağac, Binədə 19, Xaçmaz, Salyan, Ağdərədə 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6 metrə çatıb.

Düşən yağıntının miqdarı Lənkəranda 29, Astarada 28, Zərdab, İmişlidə 14,  Beyləqanda 12, Yardımlı, Lerikdə 9, Kürdəmir, Neftçalada 8, Sabirabadda 7, Cəfərxanda 5, Bərdədə 4, Tərtər, Salyan, Biləsuvarda 3, Göyçayda 2, Mingəçevir, Kişçay (Şəki), Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Daşkəsən, Gədəbəy, Göygöl, Şahdağ, Xınalıq, Qrız, Qusarda 1, Bakıda və Abşeron yarımadasında 2 mm olub.

Qar örtüyünün hündürlüyü Lerikdə 18, Qrızda 17, Sarıbaşda (Qax) 12, Yardımlıda 8, Xınalıqda 4, Daşkəsən və Göygöldə 1 sm-ə çatıb.

Havanın minimal temperaturu dağlıq rayonlarda 3, yüksək dağlıq rayonlarda isə 8 dərəcəyədək şaxta olub.

Qeyd: Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti martın 3-ü səhərədək davam edəcək, martın 2-dən 3-nə keçən gecə şimal-qərb küləyi mülayimləşəcək. Martın 3-ü gündüz hava şəraiti əsasən, yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol