• $
  • €
  • ₽
  • ₺
  • £

Əməkdar jurnalist vəfat etdi

Əməkdar jurnalist vəfat etdi
02.03.2020 14:25
Martın 1-də qocaman ziyalı, respublikanın Əməkdar jurnalisti Hidayət Əkbər oğlu Zeynalov vəfat edib.

Bu barədə Publika.az-a Mətbuat Şurasından məlumat verilib.

Hidayət Zeynalov 1926-cı ildə Qazaxda doğulub. Bakı darülfünunun fars dili və ədəbiyyatı fakültəsini bitirib. Ömrünün 40 ildən çoxunu "Kommunist" (indiki "Xalq qəzeti”) qəzetində çalışıb. Burada ştatdankənar müxbirlikdən şöbə müdiri vəzifəsinə qədər yüksəlib.Hidayət Zeynalov gözəl təbiət oçerkləri ilə tanınmış parlaq sima idi. Jurnalistikaya yaradıcı yanaşması ilə yanaşı, özünün təşkilatçılığı ilə də seçilib. O, cəmiyyəti düşündürən məsələlərə, problemlərə hər zaman həssas yanaşıb.

Qocaman qələm sahibi jurnalistika örnəyinə də çevrilməyi bacarıb. Yaradıcılığının mühüm hissəsini təşkil edən oçerkləri dəfələrlə kitab halında nəşr olunaraq Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində tədris edilib.

H.Zeynalov həmçinin gənc jurnalistlərin peşə bacarıqlarına yiyələnmələrinə də özünün layiqli töhfəsini verib. Səmimiliyi, qayğıkeşliyi, dostcanlılığı ilə seçilmiş qocaman jurnalist mənalı ömür yolu ilə ürəkləri fəth etmiş zirvədir. Onun əziz xatirəsi daim yaddaşlarda qalacaq, qədirbilənliklə anılacaqdır.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol