“Azərbaycandan İtaliyaya birbaşa uçuşlar HƏYATA KEÇİRİLMİR” - RƏSMİ

Hazırda İtaliya koronavirusun geniş yayıldığı ölkələr sırasındadır. Rəsmi statistikaya görə, İtaliyada indiyə kimi 1704 nəfər bu
virusa yoluxub.
Onlardan ümumilikdə
41 nəfər dünyasını dəyişib. Virusa yoluxan 1580 nəfər karantinə alınıb ki, onlardan da 83 nəfəri sağalıb, 140 nəfər isə daha ağır vəziyyətdədir.
Bəs görəsən, Azərbaycandan İtaliya arasında birbaşa uçuşlar varmı?
Məsələ ilə bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski ilə danışdıq.
Onun sözlərinə görə, Azərbaycan – İtaliya arasında birbaşa uçuşlar yoxdur.
Paşa Kəsəmənski deyir ki, uçuşların olmamasının səbəbi koranavirus deyil.
"Bakıdan Milana uçuşlar intensiv olmadığı üçün hər il fevralda dayandırılır. Bunun virusla əlaqəsi yoxdur”.
Lakin Bakıdan İtaliyaya birbaşa uçuşlar olmasa da, müxtəlif aviakompaniyalar bu uçuşları dolayı yolla həyata keçirir.
Məsələn, Belarusa aid Belavia hava yolları bu marşrut üzrə tranzit uçuşlar həyata keçirir ki, bununla da bağlı Paşa Kəsəmənski danışmaq istəmədi. O sualları birbaşa şirkətə yönəltməyi təklif etdi.

Həzi
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib