• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısının həbs olunan rayonda vətəndaşın şikayətinə baxan yoxdur – VİDEO

İcra başçısının həbs olunan rayonda vətəndaşın şikayətinə baxan yoxdur – VİDEO
29.05.2020 07:02
Ötən ay Neftçala şəhəri, Heydər Əliyev prospekti 27 ünvanında yerləşən 4 mərtəbəli binada yanğın baş vermişdi.
 
Həmin binanın 4-cü mərtəbəsində yaşayan Nəsibə Axundova Yeniavaz.com-a müraciət edərək yanğından sonra evlərinin zərər gördüyünü və binanın vəziyyəti ilə maraqlanan şəxsin olmadığını bildirdi: "Fevralın 8-də binanın damı tamamilə yandı. Yanğını söndürülən zaman evə ziyan dəydi. Yanğından sonra qızım ailəsi ilə birlikdə kirayə ev tutub çıxdılar.
 
Lakin mən burada qaldım və bugünə qədər birtəhər yaşayırdım. Dünəndən yağan yağış suyu evə tökülür. Evə tökülən suyun qarşısını almaq üçün müxtəlif yerlərə plastik qablar qoymuşam. Bu gün isə özüm də evdən çıxıb, Salyanda yaşayan qohumum gilə getdim”.

Şikayətçi şəxs eyni zamanda Nefçala rayon İcra Hakimiyyətinə müraciət etdiyini və səlahiyyətli şəxs olmadığından məsələnin uzandığını bildirdi: "Oradan bizə dedilər ki, 10 gün əvvəl binanın üstü betonlanıb. Lakin betonlonan yerdən necə olur ki, su keçir?
 
Hal-hazırda İcra Hakimiyyətində səlahiyyətli şəxs olmadığı üçün məsələni hər kəs bir-birinin üstünə atır. Bu gün İcra Hakimiyyətindən 2 nəfər gəldi ki, Salyan rayonundan gəlib məsələni həll edəcəklər. Lakin, zamanla bağlı bir söz demirlər. Fevralın 8-dən bugünə qədər 20 gündən çox vaxt keçib amma heç nə etmirlər.

Bunu vaxtında yağışları nəzərə alaraq eləmək lazım idi. Öz evimiz ola-ola kirayədə və qohum evində yaşayırıq. Kirayə pulunu da öz cibimizdən veririk”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

O, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıb və 4 ay müddətinhəbs edilib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol