• $
  • €
  • ₽
  • ₺
  • £

Valideyinlərə Koronavirusla bağlı XƏBƏRDARLIQ

Valideyinlərə Koronavirusla bağlı XƏBƏRDARLIQ
29.05.2020 01:37
"Uşaqların koronavirus infeksiyasına yoluxması mümkündür. Bu, adi qrip simptopları kimi özünü göstərir". 

Bunu "Report"a açıqlamasında tanınmış pediatr Əli Quliyev deyib.

O vurğulayıb ki, müayinə aparılmadan həmin simptomlara koronavirus əlamətləri demək düzgün deyil:

"Çünki, bu, adi qrip də ola bilər. Uşaqlar arasında koronavirus infeksiyasından ölüm halları dünyanın heç bir yerində müşahidə olunmayıb. Yəni 10 yaşından aşağı insanlar arasında bu infeksiyadan ölüm hadisəsi qeydə alınmayıb. Amma təbii ki, bütün virusların uşaqlara yoluxma ehtimalı var".

Pediatr bildirib ki, koronavirus əsasən, yaşlı insanlarda müşahidə olunur və daha çox şəkər, təzyiq, ürək və digər xəstəliklərdən əziyyət çəkən adamlara yoluxur.

Ə.Quliyev valideynlərə müraciət edərək uşaqları koronavirusdan qorumağın qaydalarını açıqlayıb:

"Uşaqlarda əsasən, təngnəfəslik, öskürək və qızdırma müşahidə olunarsa mütləq həkimə müraciət etmək lazımdır. Bu viruslardan qorunmanın tək yolu təması əngəlləməkdən ibarətdir. Yəni xəstə insanlarla təmasda olmamaq lazımdır. Valideynlərə demək istəyirəm ki, uşaqlarla birlikdə çoxlu insanlar olan yerlərə, kütləvi tədbirlərə getməsinlər. Əl və üzü, ağız və burunu yumadan uşaqlara toxunmasınlar".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol