• $
  • €
  • ₽
  • ₺
  • £

"Devalvasiya qaçılmazdır" – Ekspert həyəcan təbili çalır

"Devalvasiya qaçılmazdır" – Ekspert həyəcan təbili çalır
29.05.2020 08:54
"Keçən ilin noyabr ayından 2020-ci ilin fevralın 1-nə qədər olan dövrdə ölkədə fiziki şəxslərin cəmi əmanətləri 222 milyon 625 min manat geriləyib – fiziki şəxslərin xarici valyutadakı əmanətləri 495 milyon 747 min manat azalıb, milli valyutadakı əmanətlər isə 273 milyon 121 min manat artıb".

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, valyutada olan əmanətlərin azalmasına səbəb valyuta əmanət faizlərinin azalmasıdlr. Manatla əmanətlərin az da olsa artması səbəbləri isə məzənnənin inzibati qaydada 2 ildən çoxdu sabit qalması, manatla əmanət faizlərinin nisbətən yüksək olması və bütün əmənətlərin sığortalanması haqqında hökumətin verdiyi qərar idi. Natiq Cəfərli daha sonra bildirib: "Sabah, martın 4-də bütün əmanətlərə tədbiq edilən sığortanın müddədi bitir – hökumətdən heç bir açıqlama, mövqe yoxdur. Neftin qiyməti düşür, bu gün 52 dollar civarındadı. Hələ ki, OPEC və Rusiya sözlü müdaxilələr və hasilatın daha da azaldılması nağılları ilə qiyməti 55 dollar civarında tutmağa çalışır. Sırf iqtisadi amilləri götürsək qiymət 40-45 dollara qədər düşməlidi – çünki dünyada iqtisadi aktivlik kəskin azalır, virus təhlükəsi artıqca daha da azalacaq, hətta virus təhlükəsi yaxın 2 ayda nəzarət altına alınsa belə, dünyada iqtisadiyyatın özünə gəlməsi azı 6-8 ay çəkəcək.

Belə bir vəziyyətdə zatən manata basqılar artır, təbii ki, hökumət həmən devalvasiya qərarı verməyəcək, azı may-iyun ayına qədər gözləyəcək, amma neft 50 dollardan aşağı düşüb o zamana qədər elə qalsa 10-15%-lik devalvasiya qaçılmaz olacaq.

Qısası, hökumət bu illər ərzində çox primitiv, dayanaqsız, xarici şoklardan və neftdən təhlükəli həddə asılı olan bir iqtisadi model qurub və hamımızı bu bəsit modelin girovuna çevirib. Əgər sabah əmanətlərin tamamının sığortalanması qərarı uzadılmasa əhalinin bir qismi öz əmanətlərini, əsasən də manatla olan əmanətlərini banklardan geri çəkməyə başlayacaq. Bu isə zatən zorla ayaqda duran bank sektoruna ciddi ziyan vuracaq. Banklar onsuz da ölkə iqtisadiyyatı kimi primitiv modellə işləyir, kassa rolunu oynayırlar – depozit götürüb əsasən istehlak krediti verməklə məşğuldurlar, 21-ci əsrin bankı kassa olmur, investisiya mərkəzinə, fonduna çevrilirlər".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol