Metroda siqaret çəkən polis cəzalandırılacaq - Rəsmi

Daha bir polisin Metropolitendəsiqaret çəkməsini əks etdirən foto yayılıb. Feysbuk sosial şəbəkəsində “Sancaq” adlı səhifənin yazdığına görə, həmin foto bir neçə gün öncə “İnşaatçılar” metro-stansiyasında çəkilib.Məsələ ilə bağlı açıqlama verən Bakı Metropolitenin Mühafizəsi üzrə Polis Şöbəsininrəis əvəzi mayor Əliyev bildirib ki, yayılan foto ilə bağlı onlarda da məlumat var:“Dediyiniz fotodan bizim də xəbərimiz var. Bu hal barəsində daxili nizamnaməyə uyğun olaraq tədbir görüləcək”.
Qeyd edək ki, polis əməkdaşlarının metroda siqaret çəkməsi ilə bağlı bu günə qədər bir neçə foto yayılıb. /// axar.az
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























