• $
  • €
  • ₽
  • ₺
  • £

Baş həkimdən rüşvət alan işçisiylə bağlı açıqlama

Baş həkimdən rüşvət alan işçisiylə bağlı açıqlama
30.07.2014 16:43
Kliniki Tibbi Mərkəzdə Rentgen müayinəsi üçün xəstədən 10 manat məbləğində pul istəyən həkimlə bağlı məsələyə münasibət bildirib.Kliniki Tibbi Mərkəzin baş həkimi Sultan Əliyev APA-ya açıqlamasında deyib ki, bu hadisə təxminən 3 ay öncə olub. Onun sözlərinə görə, məlum videoda xəstədən pul istəyən şəxs həkim yox, texnikdir: “Belə ki, bu hadisə gecə saatlarında baş verib. 3 nəfər şəxs xəstəxanaya müraciət edib, onlar terapevtin yanına göndərilib. Terapevt isə rentgen etməyin lazım olduğunu deyərək onları gecə növbəsində olan texnikin yanına göndərib və orada pulsuz rentgen olunublar. Videodan da göründüyü kimi onlar axırda soruşurlar ki, borcumuz nədir?”Baş həkim əlavə edib ki, sonradan aparılan araşdırma zamanı əsllində həmin insanların müayinə üçün gəlmədikləri məlum olub. Bunun bir kampaniya olduğunu deyən S.Əliyev vurğulayıb ki, onlar belə işlərlə məşğul olan 3 şəxsdir və  xəstəxanaları gəzərək belə videolar çəkirlər: “Həmin adamlar 3 ay öncə müxtəlif işlər üçün xəstəxanaya bir neçə dəfə gəliblər, müxtəlif şantajlar ediblər. Amma sonda görəndə ki, istəkləri baş tutmayıb bu videonu yayıblar. Yoxsa ki, bu video niyə 3 aydan sonra yayılsın?”S.Əliyev qeyd edib ki, bu məsələyə və texnikin etdiklərinə bəraət qazandırmır. Onun sözlərinə görə, bu video yayılandan sonra həmin texnik rəhbərliyə çağırılıb: “Həmin texnik barəsində lazımi tədbir görülüb. Ona administrativ cəzalar verilib”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol