• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlar virusdan necə qaçır?

Deputatlar virusdan necə qaçır?
04.03.2020 09:18
Dünyanı cənginə alan koronavirus epidemiyası can almaqda davam edir. Virus daşıyıcılarının sayı və miqyası daha təhlükəli şəkil almaqdadır. Məlum təhlükə ilə əlaqədar artıq bir çox ölkələrdə sərhədlər bağlanıb, aviareyslər təxirə salınıb. Epidemiya artıq ölkəmizə də gəlib çatıb. Rəsmi məlumatlara əsasən, hazırda Azərbaycanda koronavirus aşkarlanan şəxslərin 3-ə çatıb. Hazırda həmin şəxslərin müalicəsi davam etdirilir. Bundan başqa, onlarla şəxs karantin altındadır.

"Report"un əməkdaşı V çağırış Milli Məclisin deputatlarının bir neçəsi ilə əlaqə saxlayıb və koronavirus epidemiyasından qorunmaq üçün nələri etdiklərini soruşub.

V çağırış Milli Məclisin deputatı Elman Nəsirov "Report"a bildirib ki, koronavirusdan qorunmaq üçün indiyə kimi heç bir maskadan istifadə etməyib:
"Mən əllərimi tez-tez yumağı xoşlayıram. Adamların çox olduğu yerlərdə demək olar ki, olmuram. Onu da deyim ki, axşam və səhər boğazımı yaxalayıram. Bundan əlavə, C vitamini qəbul edirəm. Ümumiyyətlə payız və yaz mövsümündə bəzi xəstəliklər baş qaldırır. Ondan qorunmaq üçün isə immuniteti gücləndirmək lazımdır". Deputat onun zəif nöqtəsinin boğazı olduğunu deyib:

"İşimizlə bağlı çox danışırıq. Bu da bizim səs tellərimizə öz təsirini göstərir. Ona görə də səhər və axşam boğazımı yaxalayıram".
V çağırış Milli Məclisin deputatı Tahir Kərimli isə hər şeydən əvvəl rəsmi qurumların məlumatlarına inanmağı düzgün hesab edir:
"Bəzən sosial şəbəkələrdə şişirdilmiş məlumatlar olur. Digər tərəfdən isə şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır. Sabunlu, ilıq su ilə yuyunmaq lazımıdr. Bundan əlavə, insanların çox olduğu yerlərdən qaçmaq lazımdır. Artıq ölkəmizdə məktəblər bağlanıb və bəzi tədbirlər də təxirə salınıb. Hesab edirəm ki, bunların hamısı çox doğru qərarlardır".

V çağırış Milli Məclisin deputatı Ağacan Abiyev qeyd edib ki, şəxsi gigiyenanı qorumağın koronavirusa heç bir dəxli yoxdur:
"Şəxsi gigiyena həmişə yüksək səviyyədə olmalıdı. Çünki şəxsi gigiyena mədəniyyətin bir hissəsidir"./Yenisabah

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol