• $
  • €
  • ₽
  • ₺
  • £

Hüseyn Abdullayevlə bağlı Ağ Evə müraciət

Hüseyn Abdullayevlə bağlı Ağ Evə müraciət
30.07.2014 16:34

NATO  Əməkdaşlıq İnstitutu Almaniyadan siyasi sığınacaq almış Hüseyn Abdullayevlə bağlı Ağ Ev başda olmaqla dünyanın bir neçə aparıcı qurumuna müraciət edib.

Bu haqda NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Facebook sosial şəbəkəsində status yayıb.  F.Məmmədov Azərbaycandan köçüb Avropa ölkələrində siyasi sığınacaq alan bir sıra şəxslərin təhlükəsizlikləri ilə bağlı ciddi problem olduğuna diqqət çəkib: “NATO Əməkdaşlıq İnstitutunu narahat edən məsələlərdən biri bu gün Azərbaycandakı diktator rejimin Avropada siyasi sığınacaq alan ictimai fəal insanları təhdid və şantaj etmək məqsədi ilə beynəlxalq institutların imkanlarından qanunsuz istifadə etməsidir. Qərara gəlmişik ki, bu məsələ ilə bağlı bilgilərimizi dünya birliyinə çatdıraq. Almaniyadan siyasi sığınacaq alan keçmiş Milli Məclis üzvü Hüseyn Abdullayevlə bağlı təqiblər əldə etdiyimiz faktlardan biridir. Prosesin bu şəkildə davam etməsi beynəlxalq institutların nüfuzuna ağır zərbə vurmaqdadır. Belə hallara yol verilməməsi üçün BMT-yə, Ağ Evə, ABŞ Dövlət Departamentinə, ABŞ Konqresinə, “Freedom House” təşkilatına, Avropa Parlamentinə, Avropa Komissiyasına müraciətlər etmişik”.Fərrux Məmmədov onu da bildirib ki, məsələ haqqında dünyanın aparıcı media quruluşlarından olan  CNN, BBC, EuroNews, ABC, “Washington Post”, “New York Times”, “Spigel”, “The Guardian”dan problemi işıqlandırmaları xahiş olunub.

Milli Məclisin keçmiş üzvü Hüseyn Abdullayev Facebook səhifəsində NATO Əməkdaşlıq İnstitutuna problemə obyektiv yanaşdığı üçün təşəkkür edib.(musavat.com)

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol