Əhali Azərbaycanda istehsal olunan dərmanlara etibar etmir - Araşdırma

SSRİ dağılandan sonra digər sahələrdə olduğu kimi, dərman istehsalında da böhran yarandı. Mövcud istehsal müəssisələri sıradan çıxdı, yenilərinin yaranması uzun illər çəkdi. İstehsal sahələrinin sıradan çıxması bu sahəni inkişaf etdirməli olan mütəxəssis hazırlığını da arxa plana keçirdi.
Bu barədə Yenisabah.az kiçik araşdırma aparıb. Məlumdur ki, dərman insana yaşadığı müddət ərzində ağrıları azaltmaq, ya da müalicə üçün lazım olur.
Azərbaycanda dərman istehsalına bir neçə ildir başlanılıb. Əvvəl dərman zavodlarının tikildiyi bildirilsə də, sonradan müəssisələr şəklində fəaliyyət gostərməyə başlayıb. "R-Pharm Rusiya -Azərbaycan", R-Pharm Rusiya -Türkiyə" və. s bu kimi müəssisələr bu kateqoriyaya daxildir. Hazırda sözügedən müəssisələr Pirallahı ərazisində yerləşir. Bu muəssisələrdə kordioloji, nevroloji, psixi və hepatit xəstələri üçün dərman istehsal olunması nəzərdə tutulub.
Yerli istehsala "Herba Flora" da daxildir.
"Herba Flora"nın bitki tərkibli dərmanlarını insanlar daha yaxşı tanıyır və alışı da ürəkaçan səviyyədədir. Araşdırma zamanı məlum oldu ki, bitki tərkibli elə kapsullar var ki, qiyməti 8 manatdır və alıcılığı da yüksəkdir. Bu sahədə istehsal və düzgün maarifləndirmə işlərinin öz effektini verdiyinin şahidi oluruq.
Bundan başqa, yerli istehsal olan dərmanlardan spirtlər və ağız yaxalayıcı xlorheksidinin qablaşdırması və sızıntısı alıcını ilk baxışdan qorxudur. Yerli istehsal olan pambıq, sarğı və bunun kimi az da olsa istifadə edilən müxtəlif əşya və dərmanlar var ki, onların qiyməti ucuzdur. Təbii ki, bir müddətdir, koronavirusun yayılması səbəbi ilə ölkəmizdə də dizinfeksiya məhsullarının qiymət artımı müşahidə edilir. Hətta, 10 qəpiyə satılan maskaların bəzi yerlərdə 1-2 manata satıldığını müşahidə etmişik.
Eyni zamanda, apteklərdə bu məhsulların tükənməsi də müşahidə olunur. Dövlət zamanla bu sahəyə daha çox diqqət ayırsa, dərmanların da qiyməti ucuzlaşacaq. Lakin, belə bir məsələ var ki, hazırda cəmiyyətimiz yerli istehsal olan dərmanlara inanmır və hətta, insanlar bu dərmanların insan orqanizminə mənfi təsirindən, eyni zamanda, zəhərlənməkdən qorxurlar. Bu isə Azərbaycanda dərman istehsalının inkişafını tormozlayır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























