• $
  • €
  • ₽
  • ₺
  • £

Mədət Quliyev 19 nəfəri işdən qovdu

Mədət Quliyev 19 nəfəri işdən qovdu
30.07.2014 16:16
Bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2014-cü ilin birinci yarım ili ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müşavirədə Penitensiar xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin məsul əməkdaşları iştirak ediblər.Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev müşavirəni açaraq, Penitensiar xidmətin 2014-cü ilin 6 ayı ərzindəki fəaliyyətinə yekun vurmuş və qeyd etmişdir ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müəyyən nəticələr əldə edilib.Müşavirədə Penitensiar xidmətinin 2014-cü ilin birinci yarım ili ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində ilin birinci yarım ili ərzində 211 müxtəlif cinayətlərin üstü açılıb. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. Belə ki, 2014-cü ilin birinci yarım ili ərzində Penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 181 mobil telefon, 517,9 qram çəkidə isə müxtəlif narkotik vasitələr aşkar edilərək dövriyyədən çıxarılıb.Müşavirədə hesabat dövrü ərzində Penitensiar xidmətin 180 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu, 19 əməkdaşın isə fəaliyyətdə yol verdiyi müxtəlif ciddi nöqsan və pozuntulara, habelə xidmətdən kənar əlaqələrə görə ədliyyə orqanlarından xaric edildiyi qeyd olunub. Hesabat məruzəsi ətrafında bir sıra cəzaçəkmə müəssisələrinin və İstintaq təcridxanalarının rəisləri çıxış ediblər.Müşavirəyə yekun vuran Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev mövcud olan nöqsan və pozuntulara diqqət çəkərək, fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı hər bir xidmət sahəsi üzrə konkret tapşırıqlar verib, işin səmərəliliyinə və səylərin artırılmasına nail olunması məqsədi ilə xidmət rəhbərliyi tərəfindən əlavə tədbirlərin müəyyənləşdirildiyini diqqətə çatdırıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol