Mirmövsüm ağanın ziyarətgahı dezinfeksiya olunacaq - RƏSMİ AÇIQLAMA

Azərbaycandakı pirlər və ziyarətgahlar dezinfeksiya olunacaq.
Bu barədə Anews.az-a açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Qəmər Cavadlı bildirib.
Qəmər Cavadlı deyir ki, sabah müvafiq dövlət qurumlarına bu məsələ ilə bağlı müraciət olunacaq.
"Pirlərə və ziyarətgahlara girişi məhdudlaşdırmaq və ya tam məhdudlaşdırmaq mümkün deyil. Bunu heç kim edə bilməz. Ancaq konkret hansısa proflaktiki tədbirlər görülə bilər, tövsiyyələr verilə bilər ki, bunu da edirik. Dezinfeksiya təmizlik deməkdir və burda yanlış heç nə yoxdur. Sabah bu barədə müraciətimiz olacaq ki, pirlər və ziyarətgahlar da dezinfeksiya olunsun", - deyə Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Qəmər Cavadlı fikrini bitirib.
Azərbaycanda ilk koronavirus halı qeydə alınandan sonra, dövlət proflaktiki təhlükəsizlik tədbirləri görməyə başlayıb. Belə ki, bir çox məktəblərdə, universitetlərdə, o cümlədən dövlət idarələrində dezinfeksiya işləri həyata keçirilir. Nazirl'r Kabinetinin qərarı ilə, 2 martdan etibarən, Azərbaycanda təlim-tədris prosesində 10 marta kimi tətil elan olunub.
Bu dəqiqəyə olan statistikaya görə, dünyada koronavirusa 94 min 195 yoluxma halı qeydə alınıb. Bunlardan 51 min 184 nəfəri xilas etmək olsa da, 3219 nəfər dünyasını dəyişib. Azərbaycanda isə bu virusa 3 nəfərin yoluxması qeydə alınıb və onlar karantinə alınıblar.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib