• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” AzTU-nun ən yaxşı tələbələrini mükafatlandırdı

“Nar” AzTU-nun ən yaxşı tələbələrini mükafatlandırdı
04.03.2020 16:57
Gənclərdə oxumaq həvəsini artırmaq və onlarda motivasiya yaratmaq məqsədilə, "Nar” uğurlu layihələr həyata keçirməkdə davam edir. Azərbaycan Texniki Universitetinin (AzTU) 3 ən yaxşı nəticə göstərmiş tələbəsini baş ofisinə dəvət edən mobil operator tələbələri semestr boyu nümayiş etdirdikləri yüksək nəticələrə görə təbrik edib və onları dəyərli hədiyyələrlə mükafatlandırıb. AzTU-nun İnformasiya və Telekommunikasiya Texnologiyaları fakültəsinin qabaqcıl tələbələrinin "Nar” tərəfindən mükafatlandırılması 4 ildir ki, davam edir və artıq ənənə halını alıb.
 
Görüş zamanı İnformasiya və Telekommunikasiya Texnologiyaları fakültəsinin dosenti Elçin Gözəlov tələbələrin yüksək nəticə əldə etmək üçün həvəsləndirilməsini və ixtisaslarına uyğun istiqamətdə fəaliyyət göstərən şirkətlə tanışlığını yüksək dəyərləndirib. Tələbələrə Universitetin nəzdində yaradılan "Nar” GSM laboratoriyasının imkanlarından maksimum yararlanaraq mobil rabitənin əsaslarının öyrədildiyi, mobil operator tərəfindən rabitə təlimlərinin keçirildiyi və AzTU tələbələrinin "Nar”ın texniki heyətilə birgə təcrübə keçdiyi qeyd edilib.
 
Ölkədə təhsilin daha yüksək inkişafı, yerli kadrların yetişməsi, onların beynəlxalq rabitə bazarında seçilən peşəkarlardan birinə çevrilməsi məqsədilə "Nar”, 2016-cı ildən etibarən Azərbaycan Texniki Universiteti ilə ikitərfəli razılaşma əsasında tərəfdaşlıq edir. Bu çərçivədə mütəmadi layihələr icra edən mobil operator, universitetlə daha genişmiqyaslı layihələr həyata keçirmək niyyətindədir.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol