Süni qiymət artımı nə ilə əlaqədardır? - AÇIQLAMA

Azərbaycanda
ilk koronavirusa yoluxma halı qeydə alındıqdan sonra, ərzaq və tibb məhsullarının qiymətində süni artımlar qeydə alınıb.
Anews.az xəbər verir ki, artım ərzaq məhsullarında əsasən soğan və sarımsaqda, tibb məhsullarından da maska və spirtdə qeydə alınıb.
Belə ki, soğan 1 manat və ya 1 manat 50 qəpik, sarımsaq isə 8-12 manat arasında dəyişir. Tibb məhsullarından sadə spirt 60 qəpik və ya 1 manat, üz maskası isə 60 qəpik və ya 1 manat arasında dəyişir.
Bu isə, əvvəlki qiymətlərə nisbətən artımalrın olduğunu göstərir.
Məsələ ilə bağlı iqtisadçı ekspert Nemət Əliyevlə danışdıq.
İqtisadçı deyir ki, sarımsağın qiyməti əvvəlki dövrlərdə də yüksək olub. Lakin koronavirus Azərbaycanda aşkar olunana qədər sarımsağın qiyməti xeyli ucuzlaşmışdı.
Onun sözlərinə görə, Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alındıqdan sonra ya təlabatdan, ya da təlaşdan bu, kütləvi qiymət artımları oldu.

"Məsələ burasındadır ki, sözün həqiqi mənasında Azərbaycanda səhiyyə sistemi çöküb. Koronavirusun yaratdığı təhlükdən insanlar artıq tibb sisteminin təklif etdiyi qaydalarla özünü qorumağa inanmır və bu cür türkəçarələrlə, təbii metodlarla yəni, sarımsağın istənilən xəstəliyə qarşı immunitet yaratdığına inanaraq bunu edirlər. Və insanların sarımsağa tələbatı əsasən bununla bağlıdır. Kənd təsərrüfatı satışından bir o qədər qazanc əldə etməyən, itkilərlərlə üzləşən yerli işbazlar düşünüblər ki, bu süni artımla itirilmiş xərclərini konpensasiya edə bilərlər”, - deyə iqtisadçı ekspert bildirib.
Nemət Əliyev deyir ki, qanuna görə, tibb məhsullarının qiyməti dövlət tərəfindən müəyyənləşdirilmiş qaydada standart olur.
Lakin, hansısa məmurun monopolyasında olan bu sahədə də kimlərsə yaranmış vəziyyətdən sui -istifadə edib qabağa düşməyə çalışıblar.
"Neçə müddətdir ki, tibbi maskalar aptekdən qeybə çəkilib. Standart qiymətlərin olmasına baxmayaraq, qiymətlər süni şəkildə qaldırılıb. Ancaq bu qiymət artımının, əsaslı səbəbi yoxdur. Sadəcə yaranmış vəziyyətdən sui -istifadə edib qabağa düşməyə çalışıblar. Əslində bu məsələyə dövlət nəzarət etməlidir, qiymətlər tənizmlənməlidir, amma bunu etmirlər. Görünür, bu sahələrin hamısının bir monopolist məmuru var”, - deyə iqtisadçı ekspert Nemət Əliyev bildirib.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə sorğu göndərib, dəfələrlə zəng etsək də, nə sorğumuza cavab verdilər, nə də zənglərimizə.
Həzi
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib