Qusarda itkin düşən azyaşlı tapıldı

Quba rayonunun Xucbala kənd sakini S.Seyidova bu gün günorta saatlarında Qusar Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək Qusar rayonu ərazisində yerləşən parkların birində iki azyaşlı övladı ilə istirahət edərkən qızı, 2017-ci il təvəllüdlü Mələyin itkin düşdüyünü bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən qeyd edilən ərazidə axtarışlara başlanılıb və keçirilən tədbirlər nəticəsində azyaşlı qısa vaxt ərzində rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























