• $
  • €
  • ₽
  • ₺
  • £

Telman Əliyev Caspian European Club-un yeni sədri seçilib

Telman Əliyev Caspian European Club-un yeni sədri seçilib
04.03.2020 17:42

Caspian European Club-un idarə heyətinin üzvlərinin seçkisi başa çatıb.  Seçkilərin nəticəsinə görə Caspian European Club-un yeni sədri Telman Əliyev seçilib. Telman Əliyev eyni zamanda Caspian European Club və Caspian Energy qrupunun Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə baş icraçı direktorudur. Bu barədə Caspian European Club-un mətbuat xidməti məlumat verib.

Caspian European Club-un Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə idarə heyətinin qapalı səsvermə yolu ilə seçilən 6 üzv Zərifə Həmzəyeva (Gazelli Group-un prezidenti), Avni Dəmirçi (ZiraatBank Azerbaijan-nın idarə heyətinin sədri), Fərid Məmmədov (Caspian Event Organisers LLC-nin baş direktoru), Nəriman Məmmədov ( Transbroker / Narimanfilm-in baş direktoru), Rəşad Abbasov ( ASE Express & OCS-un direktoru) və Savaş Uzan (Azersun Holding-in idarə heyətinin üzvü) olub.

2020-ci il fevralın 27-dən 29-dək davam edən seçkilərdən öncə Caspian European Club-un rəsmi saytı (www.caspianenergy.org) vasitəsilə seçkiqabağı səsəvermə keçirilib. Səsvermə hüququndan Caspian European Club-un ofisləri Bakıda yerləşən üzv şirkətlərinin 194 top-meneceri və nümayəndəsi yararlanıb.
 
Eyni zamanda seçki çərçivəsində sahə və sahələrarası komitələrin, işçi qruplarının rəhbərləri seçiliblər. Onların adlarından ibarət yekun siyahı Caspian European Club-un idarə heyətinin yeni heyətinin ilk toplantısında təsdiqlənəcək. Həmin iclasda həmçinin Klubun yaxın 2 il ərzində həyata keçiriləcək yeni inkişaf strategiyası müəyyənləşəcək. İdarə heyətinin üzvləri eyni zamanda Caspian European Club-un İcra Komitəsinin yeni tərkibini də təsdiqləməlidirlər.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb.  Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya, Özbəkistan və Latviyada səlahiyyətli nümayəndələri var.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol