Gürcüstanda turistlər qar uçqunu altında qalıb

Gürcüstanda səfərdə olan italiyalı turistlər qar uçqunu altında qalıblar.
"Yeni Sabah" xəbər verir ki, Gürcüstanın Tetnuldi dağ kurortunda baş vermiş qəzada üç italiyalı turist həlak olub.
İtaliyadan olan 10 turistdən ibarət qrup qadağan olunan zonada hərəkət edib.
Əcnəbilərin altısı qar uçqununa düşüb və onların yalnız üçünün həyatını xilas etmək mümkün olub. Xilas olunanlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. /Azərtac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























