• $
  • €
  • ₽
  • ₺
  • £

Baş infeksionist Azərbaycanda COVID-19-a yoluxanların vəziyyətini açıqladı

Baş infeksionist Azərbaycanda COVID-19-a yoluxanların vəziyyətini açıqladı
05.03.2020 09:50
"Azərbaycanda koronavirus (COVID-19) aşkarlanan üç xəstənin səhhətində ağırlaşma, ciddi dəyişiklik yoxdur, vəziyyətləri stabil olaraq qalır”.

Bunu Anews.az-a açıqlamasında Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

C.İsayev qeyd edib ki, koronavirus ağır gedişata malik xəstəlik deyil:

"Bu baxımdan, hamıda ağırlaşma vermir. 80 faiz insanlarda sağalma ilə nəticələnən respirator virus infeksiyasıdır. Yalnız yanaşı xroniki xəstəliyi olan şəxslərin həyati riski var. Bizdəki xəstələrin heç birində isə yanaşı ağır xəstəliklər yoxdur”.

Baş infeksionist deyib ki, Azərbaycandakı xəstələr xüsusi, ağır müalicəyə cəlb olunmayıblar:

"Onlar adi respirator qrip kimi xəstəxana şəraitində nəzarət altındadırlar. Ümid edirik ki, tez bir zamanda tam sağalıb evlərinə buraxılacaqlar”.
Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.

Digər şəxs 17 iyul 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olub. Həmin şəxs bir gün Tehranda, üç gün Təbrizdə səfərdə olub.

29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs Qum şəhərindən gəlib və o da xəstəxanaya fevralın 26-da yerləşdirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol