• $
  • €
  • ₽
  • ₺
  • £

Pula toxunmaq koronavirusa yoluxdururmu? - RƏSMİ

Pula toxunmaq koronavirusa yoluxdururmu? - RƏSMİ
29.05.2020 12:05
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nağd ödənişlə bağlı tövsiyəsi Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri sırasına daxil edilməyib.

Anews.az "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva pul vasitəsilə koronavirusa yoluxmanın mümkünlüyünə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bütün hallarda ÜST-nin tövsiyələrinə riayət etməyə çalışırlar: "Hamı da bu tövsiyələrə riayət etsə, yaxşı olar".

Y.Qarayeva kağız pullar vasitəsilə insanlara hər hansı bakteriyanın ötürülməsinə də münasibət bildirib: "Əgər hər hansı obyekt daha çox insan əlinə dəyirsə, bu halda mikrobioloji çirklənmə baş verir. Dəfələrlə qeyd etmişik ki, bu koronavirus növü ətraf mühitdə çox davamlı deyil və ətrafda olan əşyaların üzərindəki canlılığını itirir. Birinci tövsiyəmiz odur ki, istər pul, istərsə də digər əşyalara toxunduqdan sonra gigiyenik qaydalara əməl edib əlləri yumaq lazımdır".

Baş infeksionist Cəlal İsayev isə vurğulayıb ki, indiyədək pulun heç bir infeksiya mənbəyi kimi rolu olmayıb: "Bu sıraya mobil telefon və s. də aiddir. Pul vasitəsilə koronavirusa yoluxma ehtimalı yoxdur".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol