• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənovdan girovlara görə növbəti ciddi xəbərdarlıq

Əli Həsənovdan girovlara görə növbəti ciddi xəbərdarlıq
30.07.2014 14:08
“Həsən Həsənovun meyitinin qaytarılması və girov götürülmüş şəxslərin azad edilməsi ilə bağlı fəaliyyət gücləndirilməlidir”Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənov iyulun 30-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, xanım Deniz Duranla yenidən görüşüb.Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşları olan Şahbaz Quliyevin azad edilməsi, ermənilərin məlumatına görə qətlə yetirilmiş Həsən Həsənovun isə meyitinin qaytarılması ilə bağlı ətraflı müzakirələr aparılıb.Ə. Həsənov BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbərinə ciddi xəbərdarlıq edərək bildirib ki, ilk növbədə H. Həsənovun meyitinin qaytarılması və digər girov götürülmüş şəxslərin azad edilməsi ilə bağlı fəaliyyətlərini gücləndirməlidirlər.Diqqətə çatdırılıb ki, bütün bunlar ölkə ictimaiyyəti, o cümlədən məcburi köçkünlər tərəfindən beynəlxalq təşkilatlara inamsızlığı artırır: “Bu gün Ermənistan tərəfi girovların və meyitin qaytarılmasında bu cür mövqe nümayiş etdirirsə, gələcəkdə hansı qarşılıqlı etimad əsasında qonşuluq etmək istəyindən söhbət açmaq olar”.Görüşdə bildirilib ki, bütün bu məsələlər ilk gündən prezident İlham Əliyevin nəzarətindədir və Azərbaycan hökuməti bu problemin həlli ilə gündəlik məşğuldur.Mətbuat xidmətinin məlumatında o da bildirilir ki, Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı olan  Şahbaz Quliyevin azad edilməsinə köməklik göstərilməsi ilə bağlı ailə üzvlərinin Rusiya prezidenti Vladimir Putinə ünvanlanmış məlum müraciəti artıq iyulun 28-də xüsusi rabitə vasitəsi ilə Kreml poçtuna daxil olub.Komitə bir daha Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun yaxınlarına müraciət edərək bildirir ki,  bu məsələdə təmkinli olsunlar.Görüşdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov da iştirak edib.

Görüşdən sonra Ə. Həsənov Həsən Həsənovun ailə üzvləri ilə görüşüb

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol