• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Limanlar Konfransı koronavirusa görə ləğv edildi

Dünya Limanlar Konfransı koronavirusa görə ləğv edildi
05.03.2020 23:00
Beynəlxalq Limanlar Assosiasiyasının martın 17-19-da Belçikanın Şimali Antverpen şəhərində keçirilməsi nəzərdə tutulan Dünya Limanlar Konfransı koronavirusa görə ləğv edilib.

"Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Assosiasiyanın prezidenti Santiaqo Qarsiyanın yaydığı bəyanatda qeyd edilib.

"Konfransı ləğv etdiyimiz üçün təəssüf hissi keçiririk. Ancaq biz konfransda iştirakı nəzərdə tutulan iştirakçıların sağlamlığını nəzərə alaraq bu qərara birgə gəlmişik. Dünya Limanlar Konfransını bu il çərçivəsində başqa bir tarixdə keçirilib-keçirilməməsi ilə bağlı elan verəcəyik”, - o qeyd edib. 

Builki konfransda şəffaflıq, proqnozlaşdırma və etibarlılıq mövzularına diqqət çəkilməsi nəzərdə tutulurdu.

Xatırladaq ki, Beynəlxalq Limanlar Assosiasiyası mənzil qərargahı Yaponiyanın paytaxtı Tokioda yerləşir, qurum  90 ölkənin təqribən 180 limanı ilə əlaqəsi olan 140 müəssisəni təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60%-dən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80%-nə nəzarət edirlər.

Dünya Limanlar Konfransı  2018-ci il mayın 9-10-da Bakıda da keçirilib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol