Qusarda qardaşını amansızlıqla qətlə yetirən şəxs tutuldu

Qusar rayonunda qardaşın qardaşı bıçaqlayıb öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.
O bildirib ki, martın 5-də saat 18 radələrində Qusar rayonunda 1970-ci il təvəllüdlü Raul Orucovun 1972-ci il təvəllüdlü qardaşı Kəmran Orucovu öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
İlkin istintaqla Qusar rayon sakini Raul Orucovun aralarında yaranmış mübahisə zamanı qardaşı Kəmran Orucova bıçaqla zərbə yetirərək, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Raul Orucov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
O, müdafiəçinin iştirakı ilə dindirilərkən qardaşını qəsdən öldürdüyünü etiraf edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























