Bakıda taksi minik avtomobilləri dezinfeksiya olunur.

Paytaxtın ictimai nəqliyyat sektorunda əksepidemik tədbirlər davam edir. Bu çərçivədə müntəzəm marşrut xətt avtobusları ilə yanaşı taksi minik avtomobilləri də dezinfeksiya olunur.
Bakı Nəqliyyat Agentliyindən APA-ya bildirilib ki, bununla bağlı BNA tərəfindən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məktub ünvanlanıb.
Növbəti dezinfeksiya tədbiri "Salam Taksi” şirkətində təşkil olunub. Dezinfeksiya zamanı taksi minik avtomobillərinin salono, yük hissəsi və xarici hissələri xüsusi dərman məhlulları ilə təmizlənib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























