• $
  • €
  • ₽
  • ₺
  • £

“Space” TV ilə bağlı QƏRAR

“Space” TV ilə bağlı QƏRAR
06.03.2020 17:01
Bakı Kommersiya Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsinin "Space” Müstəqil Radio və Televiziya Şirkətinə qarşı "icarə haqqı üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxılıb.
 
Anews.az-ın xəbərinə görə, hakim Səbinə Nuriyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
 
Qərara əsasən, dövlət qurumunun "Space”yə qarşı iddia tələbi təmin edilməyib. Qərarda göstərilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdeh "Space" Müstəqil Radio və Televiziya Şirkətindən 3 müqavilə üzrə - 7 815 manat, 3 560 manat və 14 854 manat olmaqla, ümumilikdə 26 229 manat məbləğində vəsaitin tutulmasına dair tələbi iddia müddəti keçdiyindən təmin edilmir.
 
Sözügedən icarə müqavilələri 1998-2002-ci illər ərzində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə "Space” Müstəqil Radio və Televiziya Şirkəti arasında Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanında yerləşən, ümumi sahəsi 517 kvadratmetr olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti (C.Cabbarlı adına kinoteatr) ünvanında yerləşən, ümumi sahəsi 2005.9 kv.m olan qeyri-yaşayış sahəsnin icarəyə verilməsi barədədir.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında 23 oktyabr 2019-cu ildə imzaladığı fərmana əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.Report

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol