• $
  • €
  • ₽
  • ₺
  • £

İcazəsiz “qayıb” alan deputatların adları ictimailəşdiriləcək

İcazəsiz “qayıb” alan deputatların adları ictimailəşdiriləcək
07.03.2020 09:52
Milli Məclisin komitə və plenar iclaslarında üzrsüz səbəblərdən iştirak etməyən deputatların adları ictimailəşdiriləcək.

Anews.az xəbər verir ki, bu, Milli Məclisin Daxili Nizamnaməsinin tələbləridir. Nizamnamənin 48-ci maddəsinə əsasən, Milli Məclisin parlamentdaxili məsuliyyətə cəlb edilmiş deputatları haqqında məlumatlar "Azərbaycan” qəzetində dərc olunur.

Bundan başqa, Milli Məclisinin Aparatı tərəfindən başqa kütləvi informasiya vasitələrinə təqdim edilir. Sənəddə yazılır ki, "Azərbaycan” qəzetində hər ay Milli Məclisin növbəti sessiyaları dövründə parlamentin və onun komitə iclaslarını üzrsüz səbəbdən buraxan deputatların adları dərc olunur.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.

Xatırladaq ki, seçkilərlə əlaqədar dörd seçki dairəsinin nəticələri etibarsız sayılıb. Bunlar 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələridir. Buna görə də, yeni çağırış Milli Məclisə 121 deputat təsdiqlənib.

Mərkəzi Seçki Komissiyasının qərarları ilə 125 seçki dairəsi üzrə 87 məntəqə buraxılıb, 328 məntəqənin nəticələri ləğv edilib.

/Oxu.az

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol