• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusa görə məscidlər də bağlanıb? - Komitə rəsmisindən AÇIQLAMA

Koronavirusa görə məscidlər də bağlanıb? - Komitə rəsmisindən AÇIQLAMA
07.03.2020 15:32
"İki aydan çoxdur dövlətlər, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla mübarizəyə kifayət qədər böyük vəsait ayırıb, əməkdaşlığı genişləndirib.

Azərbaycanda da koronavirus yayıldığı andan etibarən xəstəliklə mübarizədə bir çox tədbirlər həyata keçirilib. Bunlardan biri də ölkə ərazisində kütləvi tədbirlərin keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq edilməsidir”. 

"Yeni Sabah" xəbər verir ki, bunu APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə deyib.

Onun sözlərinə görə, martın 5-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimlərinin iştirakı ilə müşavirə keçirilib: "Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli şəxsləri ilə yanaşı ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də müşavirədə iştirak edib. Müşavirədə məscid, kilsə, sinaqoq və digər ibadət ocaqlarının insanların kütləvi toplaşdıqları məkanlar olması nəzərə alınaraq insanların diqqətli olmaları, bu məsələyə həssas yanaşmalarına dair çağırışlar edilib. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin xüsusi tövsiyələri kütləvi informasiya vasitələri tərəfindən ölkə ictimaiyyətinə çatdırılıb. QMİ-nin tabeliyində olan din xadimlərinə bildirilib ki, məscidlərə gələn insanlara sanitariya-epidemioloji qaydalara riayət etmələri tövsiyə olunsun”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol