Saxta pasportla Almaniyaya gedən azərbaycanlı ailə deportasiya ediləcək

Ötən ilin dekabr ayında Almaniyaya gedən Əsədovlar ailəsinin Azərbaycana deportasiya edilməsi üçün bütün prosedurlar yekunlaşıb.
Report istinadən xəbər verir ki, buna səbəb azərbaycanlı ailənin Macarıstana aid saxta viza ilə ölkəyə səyahət etməsidir.
Məlumatda bildirilir ki, Əsədovlar ailəsi - 30 yaşlı Nuray Əsədova, qardaşı Hüseyn, anası Rada, qaynanası Rəhilə, uşaqları Rada və Atilla ilə Macarıstan və Çexiyadan keçməklə Almaniyaya daxil olublar.
Ailə üzvləri Almaniyaya turist kimi gəzməyə gəldiklərini söyləyiblər. Ancaq Əsədovlar ailəsinin vizalarının Macarıstan və Çexiya Miqrasiya İdarələrinə sorğusu zamanı onların saxta olduqları məlum olub. Bundan sonra polis ailəni Hannover şəhərinə aparıb.
Daha sonra Əsədovlar ailəsi qaçqın statusu üçün müraciət ediblər. Lakin sonradan könüllü olaraq Azərbaycana qayıtmaq istədiklərini bildiriblər.
Ailə Azərbaycana deportasiya edilmələri üçün Bavariya əyalətinin Deggendorf şəhərindəki deportasiya mərkəzinə gətirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























