• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda polislər atəş açmağa məcbur oldu - FOTOLAR

Bakıda polislər atəş açmağa məcbur oldu - FOTOLAR
28.05.2020 23:04
Oğurluq edərək hadisə yerindən qaçmaq istəyən şəxsi mühafizə polisləri havaya açdıqları xəbərdarlıq atəşindən sonra saxlamağa nail olublar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, nazirliyin Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlər, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi günün istənilən saatı etibarlı şəkildə qorunur. Bunu sübut edən növbəti hadisə Xəzər rayonu Albalılıq bağlar massivində qeydə alınıb. Belə ki, həmin massivdə yerləşən Zöhrə Mahmudovaya məxsus xüsusi texniki vasitələrlə qorunan bağ evindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Qeyd edilən bağ sahəsi Xəzər rayonununda yerləşsə də, ərazi üzrə xidmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər bir nəfərin həyətdəki yardımçı otaqda yerləşən kombi aparatını oğurlanmaq istədiyinin şahidi olublar. Polis əməkdaşlarını görən həmin şəxs ərazidən qaçmağa çalışıb. Mühafizə polisləri tərəfindən təqib edilən şübhəli şəxs dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq qonşuu bağ sahələrinin də həyətinə daxil olaraq ərazidən uzaqlaşmağa çalışıb. Bu səbəbdən idarənin tutucu qrupunun üzvü cinayəti törədən şəxsi yaxalamaq üçün üzərindəki "Makarov" markalı tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb və bundan sonra həmin şəxsi saxlamaq mümkün olub. Ərazi üzrə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə təhvill verilən həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Masallı rayon sakini Əliyev Rasim Nəhmət oğlu olduğu məlum olub. Saxlanılan şəxsin ətrafında araşdırma aparılan zaman onun Xəzər rayonu ərazisində müxtəlif vaxtlarda 5 bağ evi və 1 iaşə obyektindən məişət əşyaları, təmir-tikinti alətləri və inşaat materialları oğurladığı məlum olub.
Rasim Əliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, Mühafizə Polisinə etibar edərək onlarla müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün hər bir saatı etibarlı şəkildə qorunur.
 
 









www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol