• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məşhur müğənninin maşını qarət edildi

Bakıda məşhur müğənninin maşını qarət edildi
10.03.2020 19:30
Bakıda məşhur müğənninin maşını qarət edildi


Bakıdan maşından 3500 manat məbləğində pul oğurlayan şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-a Bakı Şəhər BPİ Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, yanvarın 12-də günorta saatlarında Səbail rayonu T.Elçin küçəsində "Toyota” markalı avtomobildən açıq qapıdan daxil olmaqla Humay Qədimovaya məxsus içərisində 3500 manat pul kisəsinin oğurlanmasına görə polisə müraciət daxil olub. 

Həmin müraciət üzrə Bakı Şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Səbail RPİ Cinayət-Axtarış Şöbəsi, 9-cu Polis Bölməsi və Neftçala RPŞ-nin birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə CM-nin 177-ci maddəsi ilə axtarışda olan olan 1993-cü il təvəllüdülü Nurəddin Qarayev saxlanılaraq, istintaqa təhvil verilib. 
İlkin araşdırmalar zamanı müəyən olunub ki, o, fevralın 11-də Xətai rayonu, Telnov küçəsində "Toyota” markalı avtomobildən eyni usulla 1200 manat dəyərində noutbuku oğurlayıb. 

Onun barəsində Səbail RPİ İstintaq şöbəsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Humay Qədimova tanınmış tarzəndir. O, son dönəmlər müğənni kimi də fəaliyyət göstərir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol