• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda aqronomluq üzrə təlimlərə start verildi

Bakıda aqronomluq üzrə təlimlərə start verildi
10.03.2020 23:30
Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda aqronomluq üzrə təlimlərə start verilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, açılış mərasimində çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri James Şarp bildirib ki, dünya ölkələrinin qlobal qida çatışmazlığı ilə üzləşdiyi bir vaxtda ekoloji kənd təsərrüfatı məhullarının istehsalı son dərəcəcə əhəmiyyətlidir.

Səfir qeyd edib ki, insan sağlamlığına verilən dəyər ilk növbədə istehsalın düzgün təşkilindən başlayır:

"Aqrar iqtisadiyyat hər bir ölkənin inkişafının davamlılığının təmin edilməsi üçün son dərəcə vacib istiqamətdir. Son illər Azərbaycanda həyata keçirilən aqrar islahatları miqyasına görə yüksək qiymətləndiririk, bu islahatlar fonunda ekoloji qaydaların qorunması, istehsalda aqronomluq tələblərinə əməl edilməsi zəruridir”.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Quliyeva bildirib ki, son illər ölkədə aqrar sektora dövlət tərəfindən dəstək tədbirləri genişləndirilir. Bununla yanaşı, kadrların bilik səviyyəsinin artırılması, bu sahəyə innovasiyaların gətirilməsi xüsusi diqqət mərkəzində saxlanılır:

"Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, məşğulluq və ixracın artırılması hazırda prioritet istiqamətlərdəndir. Azərbaycan məhsuldarlığın yüksəldilməsi üçün dəqiq əkinçiliyə keçid mərhələsəndədir. Fermerlərin yeni innovativ üsulları öyrənməsi və tətbiq etməsi olduqca vacib məsələlərdəndir. Onların bilik və bacarıqlarının artırılması üçün kadr bazasının gücləndirilməsi daim diqqətdədir. Ümid edirik ki, bu təlimlərə cəlb olunmuş mütəxəssislər təlimlər zamanı əldə etdikləri bilikləri regionlarda yaşayıb fəaliyyət göstərən fermerlərə uğurla çatdıracaqlar”.

Tədbirdə çıxış edən digər beynəlxalq ekspertlər vurğulayıblar ki, Böyük Britaniya hökumətinin bu təşəbbüsü iki ölkə arasında aqrar sahədə əməkdaşlığın mühüm mərhələsi olacaq.

Təlimlərə Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının ixtisaslı mütəxəssisləri, elmi-tədqiqat institutlarının əməkdaşları, eləcə də məsləhət-informasiya xidməti göstərən təşkilatların nümayəndələri cəlb olunub. Əsas məqsəd pestisid, gübrə və bioloji qidalandırıcıların tətbiqi ilə məşğul olan təlimçilərin bacarıqlarının daha da yüksəldilməsi, bu sahədə əldə olunmuş ən son yenilikərin onların vasitəsi ilə fermerlərə çatdırılmasıdır.

Təlimlər üç gün Bakıda, bir gün isə Gəncə şəhərində keçiriləcək və çoxsaylı mütəxəssisləri əhatə edəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol