• $
  • €
  • ₽
  • ₺
  • £

Ağciyər İnstitutunda iki nəfər ölüb

Ağciyər İnstitutunda iki nəfər ölüb
11.03.2020 14:33
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki nəfər ölüb.

Oxu.Az xəbər verir ki, hər iki ölüm faktı ötən gün qeydə alınıb.

Xəstələrdən biri - 1986-cı il təvəllüdlü xanım martın 10-u saat 13:30-da ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Xəstə "hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib. Ona vəziyyətinə uyğun olaraq müalicə təyin edilib.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, həmin gün saat 20:30-da "kəskin ağciyər-ürək çatmamazlığı, iki tərəfli ağır gedişli pnevmoniya” diaqnozu ilə xəstənin bioloji ölümü gerçəkləşib. 

Digər xəstə isə 1999-cu il təvəllüdlü olub. O, ETACXİ-yə martın 6-da saat 15:20-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında ağır vəziyyətdə daxil olub. Xəstə "ağciyər vərəmi, şəkərli diabet I tip” diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilib. Vəziyyəti pisləşdiyindən xəstə martın 10-u saat 04.00-da II Reanimasiya şöbəsinə köçürülüb.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, "kəskin ağciyər-ürək çatmamazlığı, ağciyərlərin infiltrativ vərəmi, dağılma və sağa səpələnmə ilə, şəkərli diabet I tip, ağır forma” diaqnozu ilə xəstənin ötən gün saat 21:05-də bioloji ölümü qeydə alınıb.
Ölüm hadisələrini Oxu.Az-a ETACXİ-dən təsdiqləyiblər.

Bildirilib ki, ölüm hadisələri ilə bağlı ərazi üzrə rayon prokurorluğu və polis idarəsi məlumatlandırılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol