Zaqatalada ucqar dağ kəndinin ərazisində yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Zaqatala rayonunun Qalal kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri cəlb edilib.
İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 3 ha sahədə quru ot və kol-kos yanır.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, Qalal ucqar dağ kəndidir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib