Dörd uşaq anası Günayın intiharının TƏFƏRRÜATI

Ağcabədi rayonunda 27 yaşlı Günay Quliyevanın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Anews.az-ın xəbərinə görə, G.Quliyevanın dayısı bildirib ki, mərhumun başında iki deşik açılıb, bədəni də döyülməkdən gömgöy olub.
Onun sözlərinə görə, ailə əvvəldən problemli olub: "Günay dəfələrlə qayınatası və həyat yoldaşı tərəfindən döyülüb, işgəncələrə məruz qalıb. O, ölümündən 3-4 gün əvvəl atasıgildə olub. Xəstələnmişdi, ata evində müalicə alırdı. Deyilənlərə görə, evinə qayıdandan sonra özünü asıb. Ora qayıdandan sonra aralarında nə söz-söhbət olub, bilmirik”.
Qeyd edək ki, G.Quliyeva dörd uşaq anası olub. Onun ən kiçik övladı yeddi ay əvvəl dünyaya gəlib. Publika.az
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib