• $
  • €
  • ₽
  • ₺
  • £

“Lider” TV yayımın dayanmasında nazirliyi ittiham etdi

“Lider” TV yayımın dayanmasında nazirliyi ittiham etdi
12.03.2020 09:15
"Lider” TV-nin "Xəbərlər” departamentinin rəhbəri Aynurə Vəliqızı martın 10-da telekanalın yayımının dayandırılması ilə bağlı açıqlama verib.

Anews.az xəbər verir ki, "News24”ə danışan telekanal rəsmisi yaranan problemin birbaşa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı olduğunu deyib:

"Biz fəaliyyətimizi dayandırmamışdıq. Bunun baş verməsi üçün heç bir əsas yoxdur. Çünki kifayət qədər işçi heyətimiz, həmçinin də, texniki bazamız mövcuddur. "Lider" Televiziyası artıq 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Biz daim dövlət başçımızın yürütdüyü siyasətə dəstək olmuşuq, bütün marifləndirmə xarakterli verilişləri tamaşaçılarımıza təqdim etmişik. "Lider" TV-də heç vaxt bayağı verilişlər yayımlanmayıb. Daha çox isə siyasi və analitik layihələr yer alıb. Təəssüf ki, jurnalistlər əldə etdiyi məlumatı dəqiqləşdirmədən yayıblar. Sözügedən nazirlik heç bir xəbərdarlıq olmadan ötürücü siqnalını kəsib. Dəfələrlə bizə qarşı bu addım atılıb".

Aynurə Vəliqızı həmçinin bildirib ki, əgər iddia olunan hər hansısa bir borc varsa, o, məhkəmə yolu ilə həll olunmalıdır:

"Məhkəmə qərarı olsa belə, nazirlik bizim yayınımızı dayandıra bilməz. Bunun üçün MTRŞ fəaliyyət göstərir. Problemin həll olunması üçün hər iki qurum danışıq aparmalıdır. Yalnız bundan sonra televiziya ilə bağlı hər hansısa qərar tətbiq oluna bilər. Ümumiyyətlə isə bütün televiziyaların tarixçələrinə nəzər salsaq, görə bilərik ki, hər birinin maliyyə ilə bağlı problemləri olub. Düşünürəm ki, MTRŞ hər kəs üşün çox doğru cavabı verib. Bildirilib ki, "Lider" Televiziyasına lisenziyanı məhz bu qurum verib və o, qüvvədədir".

Aynurə Vəliqızının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirmək üçün qurumun mətbuat xidmətinin rəhbəri Günel Gözəlova ilə əlaqə saxlanılıb. G.Gözəlova məsələ ilə bağlı hər hansı bir açıqlamasının olmadığını qeyd edib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol