• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
12.03.2020 09:52
Azərbaycanın əməkdar artisti vəfat edib.

"Report"un Cənub Mərkəzi xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Adil Zeynalov ötən gecə 60 yaşında vəfat edib. 
Mərhum bu gün doğulduğu Lənkəran şəhərində torpağa tapşırılacaq.

Qeyd edək ki, Adil Ağakərim oğlu Zeynalov 1960-cı ildə fevralın 20-də Lənkəran şəhərində anadan olub. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsinə daxil olub, 1983-cü ildə oranı bitirib. İnstitutu bitirdikdən sonra Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram teatrında aktyorluq fəaliyyətinə başlayıb. Bir sıra yadda qalan obrazlar yaradıb. Eyni zamanda özü də bir neçə əsərin səhnə quruluşunu verib, rejissor kimi çalışıb.

Lənkəranın mədəni-ictimai həyatında fəal iştirak edən A.Zeynalov mədəniyyətimiz inkişafında göstərdiyi xidmətlərinə görə 2012-ci ildə əməkdar artisti adına layiq görülüb. 20-yaxın yaddaqalan səhnə obrazlarını canlandırıb, 15-dək tamaşanın rejissoru olub, bir teleserial və 4 tammetrajlı filmdə çəkilib. 
A.Zeynalovun 60 yaşı bu yaxınlarda tamam olsa da, xəstəliyi səbəbindən qeyd etmək mümkün olmayıb. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol