• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı polisindən sürücülərə XƏBƏRDARLIQ

Bakı polisindən sürücülərə XƏBƏRDARLIQ
12.03.2020 13:38
Nəqliyyat vasitələrindən oğurluq cinayətlərinin açılması ilə bağlı daxil olan müraciətlərə operativ reaksiya verilir.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Anews.az-a bildirib ki, qabaqcıl metodoloji kriminalistik üsullar tətbiq olunmaqla keçirilən əməliyyat-axtarış tədbirlərilə paytaxtda cari ildə 143 hadisənin üstünün açılması təmin olunub:

"Hər bir fakt üzrə şübhəli şəxslərin yeri və şəxsiyyəti müəyyən olunaraq istintaqa təhvil verilib.

Fəaliyyət sahəmiz təkcə cinayətlərin qarşısının alınması və açılması ilə yekunlaşmır.

Bizim üçün əsas meyar baş verən cinayətin üstünün açılması ilə yanaşı, qabaqlayıcı-profilaktik tədbirlərin genişlənməsidir.

Tərəfimizdən analitik təhlil və araşdırmalar aparılmaqla qabaqlayıcı tədbirlər işlənib hazırlanaraq icraya yönəldilir. Burada əsas məqsəd paytaxt sakinlərinin maarifləndirilməsidir.

Ümumiləşdirmələr göstərir ki, nəqliyyat vasitələri əsasən sahibinin viktim davranışı (zərərçəkmiş şəxsin cinayətin törədilməsi üçün yaratdığı şərait) zəminində talana məruz qalır.

Bu həm də əmlak sahibinin öz mülkiyyətinə olan münasibətindən asılıdır.

Nəqliyyat vasitələrinin sahibləri avtomobilləri əsasən mühafizə olunmayan, işıqlandırılmayan, yaxud "Təhlükəsiz Şəhər” kameralarının əhatə dairəsindən kənar, gediş-gəlişin az olduğu küçələrdə saxlayırlar.

Bütün bunları nəzərə alaraq nəqliyyat vasitələri park olunarkən sürücülər elementar qaydalara əməl etməli, viktimoloji şəraiti nəzərə almalı, avtomobillərin salonunda qiymətli əşyaların saxlanmamasına fikir verməlidirlər".

Məlumatda bildirilir ki, Daxili İşlər nazirinin rəhbərliyi altında Bakı şəhər BPİ-nin rəhbərliyi paytaxt ərazisində hüquqazidd əməllərin, o cümlədən hazırlanan, törədilən cinayət faktlarının açılması, qarşının alınması və araşdırılmasına nəzarətin həyata keçirilməsini təmin etməklə bütün zəruri əməliyyat-istintaq xidmətlərinin, həmçinin rayon polis orqanlarının bu istiqamətdə tədbirlərinin görülməsini diqqət mərkəzində saxlayır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol