• $
  • €
  • ₽
  • ₺
  • £

Kirayə mənzillərin qiymətləri və aylıq ödənişləri məlum oldu - FOTO

Kirayə mənzillərin qiymətləri və aylıq ödənişləri məlum oldu - FOTO
12.03.2020 15:43
Kirayə mənzil mexanizmi ilə mənzil alanlara Bakıda "Qara Qarayev" metro stansiyası yaxınlığında mənzilin 1 kvadrat metri (kv.m) təxminən 3000 manata başa gələcək.

Marja-nın məlumatına görə, artıq bir sıra müraciət edənlər mənzil seçiminə başlayıblar. Onlara edilən təklifə görə, Bakıda Mehdi Abbasov küç., 13A, 15 və 138 ünvanlarında yerləşən mənzillərin 1 kvadrat metrinin alış dəyəri 3000 manat civarındadır.

Məsələn, 86,4 kv.m. sahəsi olan mənzilin kirayəçi tərəfindən alış qiyməti 262 min 143 min manatdır. Yəni, mənzilin 1 kv.m.-i 3034 manata təklif olunur. Bu mənzili seçən 300 ay müddətində hər ay 874 manat ödəməlidir. İlkin ödənişin məbləği isə 10 min 486 manatdır. Qeyd edək ki, ilkin ödəniş alış qiymətinə daxildir. 

102,6 kv.m. sahəli mənzilin alış dəyəri isə 302 min 145 manatdır (1 kv.m.-i 2944 manat). Aylıq ödəniş 1007 manat, ilkin ödəniş isə 12 min 58 manatdır.
66,4 kv.m. sahəsi olan mənzil isə kirayəçiyə 300 ayın sonunda 196 min manata, yəni 1 kvadrat metri 2951 manata başa gələcək. Bu mənzili seçən şəxs öncədən 7840 manat, 300 ay müddətində hər ay isə 653 manat manat ödəməlidir.

Mehdi Abbasov küçəsindəki yaşayış binasından mənzil seçənlərin aylıq ödənişləri mənzilin sahəsindən asılı olaraq 653 - 1513 manat arasında dəyişəcək.
Marja-nın əldə etdiyi məlumata görə, mənzilin seçilməsi mərhələsinə çatan kirayəçilərin çoxu məyus olublar, bir çoxu mənzil seçməkdən imtina edib. Onların fikrincə, ipoteka ilə mənzil almaq kirayə mənzil mexanizmindən daha sərfəlidir. 








www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol