Qətl törədən keçmiş polisə hökm oxundu: Lənkəranskinin adamıymış

Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Hüseynovu qətldə təqsirləndirilən Əli Abdullayev, Ülvi Hüseynov və İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BakuPost-un məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Əli Abdullayev 11 il, Ilqar Əliyev və Ülvi Hüseynov isə hərəsi 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə ötən il iyunun 24-də metronun "Neftçilər" stansiyasının yaxınlığında baş verib. Şəhər sakini, Samir Hüseynov silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən Əli Abdullayev, İlqar Əliyev və Ülvi Hüseynov da həbs olunub.
Ə. Abdullayev əvvəllər mühafizə polisində çalışsa da, sonradan Neon restoranında mühafizəçi işləyib.
Xatırladaq ki, Əli Abdullayevin adı daha əvvəl səs-küylü kriminal hadisədə keçmişdi. Belə ki, Rövşən Lənkəranski İstanbulda qətlə gətirildikdən sonra bəzi qruplar bu hadisədə "Lotu Quli"nin adını hallandırırdı.
Kriminal aləmdəki vəziyyətin qarışıq və qaynar olduğu bir vaxtda Rövşən Lənkəranskinin qardaşı Namiq Caniyev və bir neçə nəfər Türkiyədə alış-veriş mərkəzlərinin birində saxlanılmışdı.
Onlar arasında Namiq Canıyevdən başqa Əli Abdullayev, "Hacı Beyləqanski” kimi tanınan Hacıbaba Talıbxanlı və "Piter Camal” kimi tanınan Camal Həsənov adlı azərbaycanlılar da var idi.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib