Azərbaycanda koronavirus testinin cavabı buna görə gec çıxırmış...

Martın 5-i Milandan Bakıya gələn tələbə Nurlan İlyas burada koronavirusla bağlı test müddətinin Avropa ölkələrinə nisbətən çox vaxt almasından gileylənib.
Anews.az "qafqazinfo”ya istinadla xəbər verir ki, tələbə analiz cavablarının 6 gün sonra məlum olduğunu bildirib: "Heç bir simptom müşahidə etmədiyim halda, ölkə xaricindən gəldiyim üçün ilk iş olaraq profilaktika məqsədilə İcbari Tibbi Sığorta Agentliyinə zəng vuraraq analiz vermək istədiyimi bildirdim. Mənə deyildi ki, analizimin cavabı 3 günə bilinəcək. Əgər neqativ çıxsa, yenə analiz verəcəm və daha 3 gün sonra o da neqativ çıxsa, evə buraxılacam.
Ağlım İtaliyadakı qan testinə gedib, uzağı 4-5 saata cavabları deyirlər”. TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva məsələ ilə bağlı bildirib ki, hazırda ölkədə istifadə olunan testlər daha güvənlidir:
"Ekspres testlər haqqında çox məlumatlar var. Bizim hazırda apardığımız testlər 30 dəqiqə ərzində nəticələri bəlli etmir, ancaq güvənilən testlərdir.
Hələ ki, ÜST-dən elə bir müraciət yoxdur ki, ekspres testlərdən istifadə edək. Hazırkı testlərdə nəticələrin müəyyənləşməsi 5-6 saat çəkir. İnkubasiya dövründə birinci müayinə mənfi ola bilər.
Karantin rejimindən qorxmaq lazım deyil. Azərbaycan bütün vətəndaşlarını qəbul edir və bu zaman profilaktik tədbirləri görmək lazımdır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























